IMG-LOGO

İshaq Dar sabah Vaşinqtona səfər edəcək

28 May 2026 16:38 3 baxış
IMG

Pakistanın baş nazirin müavini, xarici işlər naziri İshaq Dar Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasında iştırakından sonra mayın 29-da rəsmi səfərlə Vaşinqtona yola düşəcək.

"Report" xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi (XİN) bildirib.

Səfər çərçivəsində o, ABŞ dövlət katibi Marko Rubio ilə görüş keçirəcək. Tərəflər iki ölkə arasında münasibətlərin vəziyyətini müzakirə edəcəklər və qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər üzrə fikir mübadiləsi aparacaqlar.

Danışıqlarda əsas prioritet sahələrdə əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetiriləcək. ABŞ-dəkı proqramı başa çatdıqdan sonra Dar həmin gün İslamabada qayıdacaq.

Mənbə: report.az

Xəbər lenti