IMG-LOGO

Gürcüstan və Türkiyə Orta Dəhlizin inkişaf perspektivlərini müzakirə edib

28 May 2026 16:19 3 baxış
IMG

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkiyənin Gürcüstana yeni təyin olunan səfiri Mustafa Türker ilə görüşdə Orta Dəhlizin inkişaf perspektivlərini müzakirə edib.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb.

Qeyd olunub ki, tərəflər regional nəqliyyat və logistika layihələrinin əhəmiyyətinə diqqət çəkiblər.

Görüşdə Orta Dəhliz çərçivəsində əməkdaşlığın genişləndirilməsi, birgə regional layihələrin həyata keçirilməsi və nəqliyyat əlaqələrinin inkişafı məsələləri müzakirə olunub.

Tərəflər Cənubi Qafqaz regionunda sülh və sabitliyin təmin edilməsinin regional layihələrin inkişafı baxımından vacib olduğunu vurğulayıblar.

Danışıqlarda həmçinin Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlıq məsələlərinə də toxunulub.

Mənbə: report.az

Xəbər lenti