IMG-LOGO

Cəlilabadda 19 yaşlı gənc suda boğulub

28 May 2026 18:23 3 baxış
IMG

Cəlilabad sakini suda boğulub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Privolnoye kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 2007-ci il təvəllüdlü Abbasov Elşən Cəlal oğlu su hövzəsində üzən zaman boğulub.

Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az

Xəbər lenti