IMG-LOGO

Moldovanın deputatı: Azərbaycan bu gün regionun lider ölkəsidir

28 May 2026 19:23 3 baxış
IMG

"Azərbaycan bu gün regionun lider ölkəsidir, biz Azərbaycanın uğurlarına çox sevinirik"

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Moldova parlamentinin deputatı İon Qroza bildirib.

"Hesab edirəm bu gün Azərbaycan Müstəqillik Gününü regionda ən uğurlu ölkə kimi qeyd edir. İqtisadi göstəricilər, ərazi bütövlüyünün bərpası və regionda aparıcı strateji tərəfdaşa çevrilməsi buna misaldır. Azərbaycan dövlətini, xalqını bu uğurlarına görə, Müstəqillik Günü münasibətilə Moldova xalqı adından təbrik edirəm!"-deyə, o, əlavə edib.

Mənbə: report.az

Xəbər lenti