IMG-LOGO

Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb

28 May 2026 21:01 3 baxış
IMG

Bakı-Tbilisi-Bakı sərnişin qatarı Gürcüstandan Azərbayacana yola salınıb.

"Report"un yerli bürosu xəbər verir ki, qatar ertəsi gün saat 06:24-də Bakıya çatacaq.

Qeyd edək ki, Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlara Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında dayanacaq veriləcək.

Gürcüstan ərazisində isə qatarlar Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında dayanacaq edəcək.

Mənbə: report.az

Xəbər lenti