IMG-LOGO

Belqradda Azərbaycanın azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işlərindən danışılıb

28 May 2026 20:45 3 baxış
IMG

Cənubi Qafqazda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq perspektivləri heç vaxt bu qədər parlaq olmayıb.

"Report"un Balkan bürosu xəbər verir ki, bunu Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev 28 May-Müstəqillik Günü münasibətilə Belqradda keçirilən rəsmi qəbulda çıxışı zamanı bildirib.

Diplomat vurğulayıb ki, 2020-ci ilin sonunda Azərbaycan öz ərazilərini işğaldan azad edib:

"Hərbi əməliyyatların sona çatmasından dərhal sonra Azərbaycan Ermənistana beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığına hörmətə əsaslanan ikitərəfli münasibətlər qurmağı və bu barədə mümkün qədər tez ikitərəfli saziş bağlamağı təklif edib. Keçən il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli görüşdə Birgə Bəyannamə imzalanıb və Azərbaycanla Ermənistan arasındakı sülh sazişinin layihəsi iki ölkənin xarici işlər nazirləri tərəfindən paraflanıb".

Səfir söyləyib ki, son beş il ərzində Azərbaycan azad edilmiş ərazilərdə böyük bərpa işləri aparıb və bu işlər davam etdirilməkdədir:

"Azərbaycan hazırda 9 şəhər və yüzlərlə kəndi sıfırdan yenidən qurur. Yeni yollar, hava limanları, elektrik stansiyaları, yeni infrastruktur, məktəblər və ictimai binalar inşa olunur ki, işğal dövründə tamamilə dağıdılmış və minalar ilə çirkləndirilmiş doğma şəhər və kəndlərinə yüz minlərlə məcburi köçkünün qayıdışını təmin olunsun. Artıq on minlərlə məcburi köçkün öz doğma torpaqlarına qayıdıb.

Bu baxımdan Bakının BMT-nin Məskunkaşma Proqramının himayəsi altında 13-cü Dünya Şəhərsalma Forumuna ev sahibliyi etməsi böyük simvolik əhəmiyyət daşıyır. Forum keçən həftə işini başa vurdu. Təxminən 60 min iştirakçı ilə rekord göstəriciyə imza atdıq. Azərbaycanın təşəbbüsü ilə çağırılan ilk Liderlər Sammiti qlobal şəhər gündəliyinə daha güclü siyasi təkan verdi. Sammitdə Prezident Vuçiçin iştirakından çox məmnun olduq və onun böyük töhfəsini yüksək qiymətləndiririk. Forumdan çıxan və nəticə sənədlərində əks olunan ideyalar qlobal şəhər gündəliyini daha da zənginləşdirəcək və istiqamətləndirəcəkdir. Artan qlobal qeyri-müəyyənlik şəraitində WUF3 Azərbaycanın daha yaxşı bir gələcək naminə çoxtərəflilik və kollektiv fəaliyyətə daha birmənalı töhfəsini təmsil edir".

"Beynəlxalq ictimaiyyətin Azərbaycanın münaqişədən sonrakı bərpa səylərini tanıması qürurvericidir",-deyən diplomat söyləyib ki, bu səylər dünya üzrə digər münaqişədən sonrakı kontekstlər üçün dəyərli bir nümunə kimi qabardılır:

Mənbə: report.az

Xəbər lenti