IMG-LOGO

Afrikadan qayıdan Avstriya sakini "Ebola" simptomları ilə xəstəxanaya yerləşdirilib

28 May 2026 22:28 6 baxış
IMG

Uqandadan Avstriyaya gələn turist "Ebola" simptomları ilə xəstəxanaya yerləşdirilib.

"Report" xəbər verir ki, bu barədə "Kronen Zeitung" qəzeti Avstriya Dövlət Səhiyyə İdarəsinin açıqlamasına istinadən məlumat yayıb.

"Dünən Urfahr-Umgebung rayonunun sakini xəstəliyin simptomları səbəbindən stasionar müayinə üçün xəstəxanaya yerləşdirilib. Bu şəxs Uqandadan qayıtdığı üçün təcrid olunub və tibbi tövsiyələrə uyğun olaraq müalicə alır", - deyə açıqlamada bildirilib.

Əgər həkimlər turistdə Ebola virusu aşkarlandığını təsdiqləsələr, bu, hazırkı epidemiya dövründə Avropada virusa ilk yoluxma halı olacaq.

Mənbə: report.az

Xəbər lenti