IMG-LOGO

Naxçıvanda qəzada xəsarət alan şəxslərdən biri də xəstəxanada öldü

02 Jun 2026 22:31 31 baxış
IMG
0 0

Naxçıvanda baş verən qəzada xəsarət alan şəxslərdən daha biri xəstəxanada ölüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, mayın 23-də Naxçıvan-Ordubad magistralının Babək rayonu Çeşməbasar kəndi ərazisindən keçən hissəsində "Hyundai" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində xəsarət alan şəxslərdən 24 yaşlı Vəliyev Şahin Elxan oğlu bu gün xəstəxanada ölüb.

Qeyd edək ki, qəza zamanı 6 nəfər xəsarət almışdı. Onlardan 22 yaşlı Əlizadə Nail İlham oğlu qəzadan 3 gün sonra xəstəxanada ölmüşdü.

Xəsarət alan digər 4 nəfər - İbrahimov Firudin Namiq oğlu, Əsədli Turan Xaliq oğlu, Qasımov Zeynal Elxan oğlu və Rzazadə Samiq Səbuhi oğlunun müalicəsi davam edir.

Naxçıvan qəza

Mənbə: lent.az

Xəbər lenti