IMG-LOGO

Ödənişli Şuşa yolu artıq istifadədədir - VİDEO

03 Jun 2026 09:57 29 baxış
IMG
0 0

Qanunvericiliyin tələblərinə əsasən, dövlət standartlarına cavab verən ödənişsiz alternativ yolun mövcud olduğu hallarda vətəndaşlara seçim imkanı yaradılmaqla ödənişli avtomobil yolunun istismarı mümkündür.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a bildirilib ki, bu baxımdan, sözügedən marşrut üzrə Zəfər Yolu ödənişsiz alternativ yol funksiyasını yerinə yetirir.

Beləliklə, hərəkət iştirakçıları öz seçimlərindən asılı olaraq həm ödənişli Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolundan, həm də ödənişsiz alternativ marşrut olan Zəfər Yolundan istifadə edə bilərlər.

Qeyd edək ki, bir neçə gün əvvəl Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun qiymət cədvəlini təqdim etmişdik.

Sizin brauzer video tagını dəstəkləmir. sosial xəbərlər Şuşa yolu

Mənbə: lent.az

Xəbər lenti