IMG-LOGO

Ruslan Eyyubov həbsdən buraxıldı

05 Jun 2026 13:50 26 baxış
IMG
2 0

Ötən ilin ən böyük əməliyyatlarından biri olan 5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı saxlanılan Ruslan Eyyubov həbsdən azad edilib.

Lent.az qafqazinfo-ya istinadla xəbər verir ki, o, ev dustaqlığına buraxılıb. Məhkəmə R.Eyyubovun səhhətini nəzərə alaraq, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənməsinə qərar verib.

Qeyd edək ki, onun barəsində ibtidai istintaq başa çatıb, yekun ittiham elan edilib.

Hadisələr Ruslan Eyyubov məhkəmə işləri cinayət işləri

Mənbə: lent.az

Xəbər lenti