İngilis müğənni və bəstəkar Talay Rayli bıçaqlanaraq öldürülüb.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, 35 yaşlı Rayli iyunun 5-i səhər saatlarında Londonun Silvertovn bölgəsində ölü tapılıb.
Musiqiçi çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə əlaqədar üç şübhəli saxlanılıb.
Qeyd edək ki, Talay Rayli 18 yaşında musiqi karyerasına başlayıb və "Global Publishing" ilə ilk böyük müqaviləsini imzalayıb.
O, Dua Lipa, Zendaya və Britni Spirs daxil olmaqla bir çox dünya ulduzları ilə əməkdaşlıqları ilə tanınıb.
Talay Rayli Dua Lipa Britni Spirs


Mənbə: lent.az