Məşhur müğənni Seda Sayan həyat yoldaşı Çağlar Ökten ilə olan evliliyinə dair diqqətçəkən açıqlamalar verib.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Kafa TV" adlı Youtube kanalına qonaq olan müğənni münasibətlərdəki qırmızı xətlərindən danışıb.
Sayan bildirib ki, həyat yoldaşının gündəlik sosial həyatına qarışmasa da, tətil mövzusunda qəti qaydaları var:
“Ərim mən olmadan niyə tətilə getsin ki? İşə görə gedə bilər, dostları ilə yeməyə gedə bilər, bunlara qarışmıram. Heç vaxt zəng edib hesabat da almıram. İstəsə özü zəng edər, amma mən heç vaxt "haradasan?", - deyə soruşmaram. Hər kəs öz məsuliyyətini bilməlidir. Mən də qadın dostlarımla çölə çıxa bilərəm, o da buna qarışmaz. Amma tətil başqa məsələdir. Mənim olmadan tətilə getməsinə icazə vermərəm. Nə baş verirsə, o tətillərdə baş verir”.
Seda Sayan kişilərin evdəki roluna dair fikirlərini də bölüşüb. O, kişilərin bütün günü evdə qalmasına qarşı olduğunu vurğulayıb:
“Yatan kişidən nifrət edirəm. Kişi səhər durub işinə getməli, axşam evinə qayıtmalıdır. İşi olmasa belə, təqaüdçü olsa da gün ərzində mütləq evdən çıxmalıdır. Evdə divan yastığı kimi oturmamalıdır”.
Onun bu açıqlamaları qısa zamanda sosial şəbəkələrdə geniş müzakirə olunub və gündəmin ən çox danışılan mövzularından birinə çevrilib.
seda sayan tətil icazəMənbə: lent.az