Dünya çempionatının qrup oyunlarında İrana ayrılan bilet yerlərini ABŞ ləğv edib.
Lent.az bildirir ki, bu barədə İran Futbol Federasiyası məlumat yayıb.
Federasiya rəsmi Vaşinqtonun Dünya çempionatı çərçivəsində onlara bir sıra bürokratik maneələr yaratdığını qeyd edib:
"Dünya çempionatının başlamasına az bir vaxt qalmış ABŞ milli komandamızın üç qrup mərhələsi oyununa ev sahibliyi edəcək stadionlarda iranlı azarkeşlərin iştirakını əngəlləmək üçün daha bir addım atıb.
FIFA qaydalarına əsasən hər oyuna biletin 8 faizi iştirakçı ölkələrin federasiyalarına ayrılır və bu bilet rəsmi kanallar vasitəsilə azarkeşlərə paylanır. İran bilet kontenjanını əldə etdikdən sonra Yeni Zelandiya, Belçika və Misirlə oynanacaq qrup oyunlarının biletlərinin satışına başlamış, bəzi azarkeşlər isə səfər planlarını hazırlamışdı. Lakin gözlənilməz bir qərarla İran Futbol Federasiyasına verilmiş kontenjan geri çəkilib və mövcud vəziyyətdə federasiya milli komanda azarkeşlərinə tək bir bilet belə təmin edə bilmir".
İran tərəfi qərarın beynəlxalq oyunların ruhuna və ölkələrarası bərabərlik prinsiplərinə zidd olduğunu bildirərək, FIFA və turnir təşkilatçılarına müraciət edib:
"İranlı azarkeşlər üçün zəruri şəraitin yaradılması üçün tərəfsizlik, ədalət və mövcud qaydaların prinsipinə riayət olunmasını tələb edirik".
Qeyd edək ki, hazırda FIFA və ABŞ-dan bu iddialara qarşı rəsmi açıqlama verilməyib.
iran abş uefa şikayətMənbə: lent.az