IMG-LOGO

Maşın yoldan çıxdı, tamaşaçılar öldü

22 Apr 2024 00:40 177 baxış
IMG

Şri-Lankada yarış zamanı avtomobil trasdan çıxaraq tamaşaçıların üzərinə gedib.

Lent.az xəbər verir ki, bu barədə "Newsfirst" məlumat yayıb.

Hadisə Diyatalava şəhərində baş verib.

Hərbi qarnizonun ərazisindəki adada keçirilən "Fox Hill Super Cross" dairəvi yarışında yeddi nəfər ölüb, 20-dən çox insan yaralanıb.

Yarışı izləməyə 100 mindən çox insanın gəldiyi qeyd edilir.

Xəbər lenti