IMG-LOGO

“Apple” 16 cihaza dəstəyini dayandırır - Tam siyahı

17 Jun 2026 02:16 8 baxış
IMG
0 0

“Apple” bu ilin payızında bəzi köhnə cihazları üçün yeni əməliyyat sistemləri yeniləmələrini təqdim etməyəcək.

Lent.az xəbər verir ki, şirkət ümumilikdə 16 modelə dəstəyi dayandırmağa hazırlaşır. Bu zaman ən çox təsirlənən istifadəçilər isə “Apple Watch” sahibləri olacaq.

Məlumata görə, aşağıdakı cihazlar yeni sistem yeniləmələrini almayacaq:

“watchOS 27” almayacaq saatlar: “Apple Watch Series 6”, “Apple Watch SE” (1-ci nəsil).

“iPadOS 27” almayacaq planşetlər: “iPad” (9-cu nəsil).

“macOS 27” almayacaq kompüterlər: “MacBook Air” (2020, Intel), “MacBook Pro” (2019, iki “Thunderbolt” portlu), “Mac” mini (2018), “iMac” (2020, Intel), “iMac” Pro (2017).

“tvOS 27” almayacaq cihazlar: “Apple TV HD” (2015)

“Apple” gözlənilməz olaraq heç bir “iPhone” modelini siyahıdan çıxarmayıb. Hətta “iPhone 11” seriyası da “iOS 27” yeniləməsini almağa davam edəcək.

Apple

Mənbə: lent.az

Xəbər lenti