Türkiyənin məşhur “Yeraltı” adlı serialında sevgili rolunda çıxış edən Devrim Özkan və Deniz Can Aktaş eşqlərini real həyata daşıyıblar.
Lent.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, ikili Los-Anceles tətilində də əl-ələ görüntülənib. Lakin onlar bununla bağlı heç bir rəsmi açıqlama verməyib.
Bu görüntülərin gündəm olmasından sonra diqqətlər Devrim Özkanın keçmiş sevgilisi "Qalatasaray"lı Lukas Torreira Torreiraya yönəlib. Məşhur maqazin şərhçisi Ece Erken Torreira ilə bağlı sensasiyalı iddialar irəli sürüb. Erken deyib:
“Torreira dünən mənə yazmışdı. Bu xəbərə ağladı. Artıq bunlarla gündəmə gəlmək istəmirəm, mən futbolçuyam və danışmağım düzgün olmaz, dedi. Devrim Özkan və Deniz Can Aktaşın Amerikadakı görüntülərini görəndə "bu həqiqətən doğrudurmu?" deyə soruşdu. Bunun doğru olduğuna inanmaq istəmir və hələ də inanmır. "Bəli birlikdədirlər", -dedik. "Nə vaxt başladı? "Fənərbaxça" ilə matçdan sonra biz Devrimlə birlikdə idik",- dedi. Devrim Özkan Amerika təyyarəsində etdiyi paylaşımda Torreira ilə münasibətlərinin simvolu olan üzüyü taxaraq paylaşım edib. Ona görə də Torreira Devrimin ona xəyanət edəcəyinə inanmır”.
Devrim Özkan Deniz Can Aktaş Lukas Torreira xəyanət

Mənbə: lent.az