Argentinanın ulduzu Lionel Messi Dünya Çempionatı tarixində ən çox qol vuran iki futbolçudan biri olub.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, J qrupunun ilk oyununda Əlcəzairlə qarşılaşmada het-trik edən hücumçu çempionat tarixindəki qol sayını 16-a yüksəldib.
Bununla da o, 16 qolla siyahıya liderlik edən alman hücumçu Miroslav Klose ilə birlikdə çempionat tarixinin ən çox qol vuran futbolçusu mövqeyini bölüşüb. Messi 1 qol daha vuracağı təqdirdə bu siyahıda tək lider olacaq.
Dünya Çempionatı DÇ-2026 messi argentinaMənbə: lent.az