Türkiyəli məşhur aktyor Kıvanç Tatlıtuğ 80 milyon lirə dəyərindəki xüsusi istehsal qayığını təcili satışa çıxarıb.
Lent.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, Tatlıtuğun bu ani qərarının arxasında isə bir neçə ay öncə dəniz qəzasında yaxın dostu Halit Yukayı itirməsidir.
Ailənin xoş anlarına ev sahibliyi edən “Mazu 52 HTS” model və xüsusi avadanlıqlara sahib olan və 1.5 milyon avrodəyərində qiymətləndirilən lüks qayıq təcili satış siyahısına salınıb. Bildirilir ki, sözügedən lüks qayığı məhz mərhum dostundan alıb və qayığa hər dəfə mindikdə onun xatirələri ilə üzləşdiyi üçün emosional olaraq çətin anlar keçirir. Buna görə də o, qayıqla yollarını ayırmaq qərarı verib.
Kıvanç Tatlıtuğ qayıqMənbə: lent.az