Dünyaca məşhur "Love Island" realiti-şousunun ulduzu Huda Mustafa haqqında yayılan qalmaqallı videodan sonra ilk dəfə ictimaiyyət qarşısında görüntülənib.
Lent.az TMZ-ya istinadən xəbər verir ki, Huda Mustafa Los-Ancelesdə keçirilən tədbirlərdən birində kameralara tuş gəlib. O, son günlər ətrafında yaranan qalmaqallara aydınlıq gətirmək əvəzinə gələcək planlarından danışmağa üstünlük verib.
Bundan əvvəl yayılan qalmaqallı videoda Huda Mustafanın keçmiş sevgilisi Luis Rasselin övladının anası Nikol Oliveranın yaşadığı yaşayış kompleksinə daxil olduğu iddia edilmişdi. Onun sevgilisinin arvadını təqib etdiyi ortaya çıxmışdı. Həmin görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu.
Nikol Olivera daha əvvəl məhkəməyə müraciət edərək Huda Mustafanın onu təhdid etdiyini və yaşayış kompleksinə gəldiyini iddia etmişdi. Huda isə bu ittihamları qəbul etməyərək onlara etiraz edib.
Sonradan yayılan təhlükəsizlik kamerası görüntülərində Huda Mustafanın yaşayış kompleksinin ərazisində hərəkət etdiyi görünür. Bu görüntülər tərəflər arasındakı qalmaqala marağı yenidən artırıb.
Buna baxmayaraq, oqalmaqallı videodan sonra ilk dəfə tədbirə qatılan Huda Mustafa keçmiş mübahisələr barədə danışmaqdan yayınaraq diqqətini yeni layihələrinə və musiqi karyerasına yönəltdiyini bildirib. O, həmçinin yeni "Love Island USA" iştirakçılarına sosial şəbəkələrdəki təzyiqlərə fikir verməməyi və psixoloji sağlamlıqlarını qorumağı tövsiyə edib.
Huda Mustafa Love Island TMZ Luis Rassel Nikol Olivera qalmaqal realiti şou ABŞ sosial media musiqi karyerası
Mənbə: lent.az