IMG-LOGO

Oğlan uşaqlarına nələri qadağan etmək olmaz?

17 Jun 2026 16:54 8 baxış
IMG
4 0

Oğlan uşağı yıxılır və ağlayır. Siz isə ona “Ağlama, sən kişisən” deyirsiniz. Uşaq susur, siz isə problemin həll olunduğunu düşünürsünüz. Amma illər sonra həmin uşaq hisslərini ifadə etməkdə çətinlik çəkən, stressini yeməklə və ya aqressiya ilə kompensasiya edən bir insana çevrilə bilər.

Lent.az xəbər verir ki, oğlan uşaqlarına “ağlama”, “naz etmə”, “kişi ağlamaz” kimi ifadələr demək onların emosiyalarını boğmağa öyrədir. Bu isə gələcəkdə psixoloji problemlərə səbəb ola bilər.

“Ağlama” demək emosiyaları qadağan etməkdir

Psixoloqlar bildirirlər ki, oğlan uşaqlarına zəiflik göstərməyi və kömək istəməyi qadağan etmək düzgün yanaşma deyil. “Ağlama” ifadəsi uşağa onun hisslərinin vacib olmadığını və kövrək görünməyə haqqının olmadığını aşılayır. Belə mühitdə böyüyən insanlar sonradan “mənə ağrıyır”, “qorxuram” və ya “özümü pis hiss edirəm” kimi sözləri deməkdə çətinlik çəkirlər. Nəticədə ya qəzəblərini idarə edə bilmirlər, ya da problemlərini içlərində saxlayırlar.

Nələri demək lazımdır?

Mütəxəssislər valideynlərə uşağın hisslərini qəbul etməyi tövsiyə edirlər. Məsələn:

“Görürəm ki, sənə ağrıyır". “Ağlamağın normaldır". “Mən sənin yanındayam". “Mənə nə baş verdiyini danış".

Psixoloqlar qeyd edirlər ki, emosiyalarını tanımağı və ifadə etməyi bacaran oğlan uşaqları gələcəkdə daha psixoloji dayanıqlı və özünəinamlı kişilər olurlar.

Əgər əvvəllər belə sözlər demisinizsə...

Valideynlər səhvlərini etiraf etməkdən çəkinməməlidirlər. Uşağa belə demək olar:

“Keçmişdə sənə ağlamağı qadağan etdiyim üçün üzr istəyirəm. Ağlamağın normaldır və mən həmişə sənin yanındayam".

Mütəxəssislər hesab edir ki, evdə emosiyalarını sərbəst ifadə edə bilən uşaqlar xarici mühitdə daha güclü və inamlı olurlar.

 

Uşaq oğlan uşaqları uşaq tərbiyəsi uşaq psixologiyası

Mənbə: lent.az

Xəbər lenti