IMG-LOGO

Xaçın çayından sel keçdi, avtomobil yolunu su yudu - FOTO

17 Jun 2026 18:45 3 baxış
IMG
1 0

Ağdamda Xaçın çayından sel keçib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, son günlər müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Xaçın çayında suyun səviyyəsi yüksəlib. Sel suları Ağdamın Xaçınçay qəsəbəsini rayon mərkəzi ilə birləşdirən avtomobil yolunun bir hissəsini yuyub. Həmçinin sel nəticəsində qaz xəttinə ziyan dəyib.

Hazırda əraziyə aidiyyəti qurumların texnika və canlı qüvvəsi cəlb olunub, yaranan problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görülür, vəziyyət nəzarətdə saxlanılır.

Xaçın çayından sel keçdi

Mənbə: lent.az

Xəbər lenti