IMG-LOGO

Azərbaycan klublarının imtina etdiyi - Dünya Çempionatının 40 yaşlı ulduzu

17 Jun 2026 20:15 2 baxış
IMG
5 0

Dünya Çempionatının H qrupunda yer alan Kabo-Verde millisinin qapıçısı Jozimar Vozinyanın (Josimar Dias) həyat hekayəsi hər kəsi təsirləndirib.

Lent.az xəbər verir ki, peşəkar futbola 2012-ci ildə - 25 yaşında başlayan qapıçı kasıb ailədə dünyaya gəlib.

Ləqəbdən əfsanəyə

Əsl adı Josimar Dias olan qapıçı uzun illərdir ölkəsinin qapısını uğurla qoruyur və Kabo-Verde futbolunun simvoluna çevrilib. Qapıçı uşaqlıq və yeniyetməlik illərində zəif bədən quruluşuna görə yaşıdlarının təhqir və təzyiqlərinə məruz qalıb. Hər dəfə ağlayaraq nənəsinin yanına qaçdığı üçün ona “Vozinya” ləqəbi verilib. Qapıçı isə bu ləqəbi heç vaxt sevməyib. Çünki “Vozinya” portuqal dilində “nənə” mənasını verir.  Futbolçunun Vozinya olaraq tanınması da öz istəyi xaricində baş verib. Belə ki, karyerasını Anqolada davam etdirən futbolçunun formasında məcburən Vozinya yazılıb. Buna səbəb isə həmin vaxt komandada başqa bir Jozimar adlı qapıçının oynaması olub. Bununla da uşaqlıqda sevmədiyi və qaçdığı ləqəb sonradan onun karyerasının ən böyük simvoluna çevirilib. 

Milli komandanın canlı əfsanəsi

Vozinhanın futbol yolu onu müxtəlif ölkələrə aparıb. O, peşəkar karyerası ərzində həm Afrika, həm də Avropanın bir sıra ölkələrində çıxış edib. Təcrübəli qapıçı Kabo-Verde, Anqola, Moldova, Portuqaliya, Kipr və Slovakiya klublarının formasını geyinib. Fərqli futbol məktəblərində topladığı təcrübə onun oyun üslubunun formalaşmasında mühüm rol oynayıb. Məhz bu zəngin karyera sayəsində o, milli komandanın dəyişməz liderlərindən birinə çevrilib. O, hazırda ölkəsinin yetişdirdiyi ən məşhur futbolçulardan biri hesab edilir.

Kasblığın dibindən futbolun zirvəsinə 

Futbolçunun kasıblıq həyatı Dünya Çempionatı dövründə də onu qarabaqara izləyib. 40 yaşlı futbolçu Dünya Çempionatını izləmək üçün anasını da ABŞ-yə aparmaq istəsə də, viza almaq üçün15 min dollarlıq təminat məbləğini ödəyə bilməyib. Oyunçu bu haqda verdiyi açıqlamasında yaranan durumun onun üçün ən çətin anlardan birinə çevirildiyini qeyd edib. Kabo-verdeli bu haqda danışarkən göz yaşlarını saxlaya bilməyib.  Ona təsir edən digər məqam isə nənə və babasının onun Dünya Çempionatındakı çıxışını və uğurlarını görə bilməməsidir. Belə ki, uşaqlıqdan nənəsinin himayəsində böyüyən Vozinya bu ilin yanvar ayında əvvəlcə babasını, daha sonra isə nənəsini itirib. 

Vozinha təkcə maraqlı ləqəbi ilə deyil, adı ilə də xüsusi hekayəyə sahibdir. Onun adı 1986-cı il Dünya Çempionatında Braziliya millisinin heyətində çıxış etmiş Josimarin şərəfinə qoyulub. Vozinha açıqlamalarının birində bildirib ki, o, 1986-cı ildə dünyaya gəlib və həmin dövrdə valideynləri ilə nənə-babası Braziliya millisinin azarkeşləri olublar. Onlar braziliyalı futbolçu Josimarı bəyəndikləri üçün yeni doğulan uşağa da onun adını veriblər. Vozinya DÇ-2026-da İspaniyaya qarşı qrup matçında (0:0) 7 seyv edərək qapısını toxunulmaz saxlaya bilib. Bu səbəbdən o, matçın ən yaxşısı seçilib. Həmçinin, mundialın ən yaşlı debütant qapıçısı kimi adını tarixə yazdırmağı bacarıb. O, uzun illərdir Kabo-Verde millisinin əsas qapıçısıdır. O, Afrika Millətlər Kubokunda və Dünya Kubokunun seçmə mərhələlərində komandasının ən etibarlı oyunçularından biri olub. Təcrübəsi, liderlik keyfiyyətləri və soyuqqanlılığı ona komanda daxilində böyük hörmət qazandırıb. Oyundan sonra onun sevənləri də çoxalıb. Belə ki, yundan öncə İnstagram hesabında 50 min izləyicisi olan  futbolçu hazırda 11 milyondan çox izləyiciyə sahibdir. qısa müddətdə milyonlara yüksəlib. Onun izləyici sayı hər keçən gün artmağa davam edir. 

Xatırladaq ki, 2026-cı il Dünya Çempionatı isə Kabo-Verde tarixində ilk mundial iştirakıdır. Bu uğurun əldə olunmasında isə Vozinyanın rolu danılmazdır. 

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumata görə, futbolçu bir neçə il öncə Azərbaycan klublarında çıxış etmək üçün bəzi futbol menecerlərinə müraciət edib. Lakin Premyer Liqa klubları onun transferində maraqlı olmayıblar.

Dünya Çempionatı DÇ-2026 qapıçı futbolçu

Mənbə: lent.az

Xəbər lenti