Rusiyalı UFC çempionu İslam Maxaçev yarımorta çəki dərəcəsindəki titulunu irlandiyalı İan Qerriyə qarşı müdafiə edəcək.
Lent.az xəbər verir ki, bu barədə UFC-nin mətbuat xidməti məlumat yayıb.
Döyüş avqustun 16-na keçən gecə ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində keçiriləcək UFC 330 turnirinin əsas qarşılaşması olacaq.
34 yaşlı İslam Maxaçevin qarışıq döyüş növlərində (MMA) aktivində 28 qələbə və 1 məğlubiyyət var. O, 2025-ci ildə UFC tarixində iki fərqli çəki dərəcəsində çempionluq qazanan ilk rusiyalı döyüşçü olub.
Maxaçev 2022-ci ilin oktyabrından sahib olduğu yüngül çəki kəmərini dörd dəfə uğurla müdafiə etdikdən sonra yarımorta çəkiyə yüksəlib. O, 2025-ci ilin noyabrında avstraliyalı Cek Della Maddalenanı hakimlərin yekdil qərarı ilə məğlub edərək bu çəki dərəcəsində UFC çempionu adına yiyələnib.
maxaçev ufcMənbə: lent.az