DÇ-2026-nın qrup mərhələsində növbəti oyunlar keçirilir.
Lent.az xəbər verir ki, L qrupunda Qana millisi Panama ilə üz-üzə gəlib.
Görüşə Bakı vaxtı ilə iyunun 18-də saat 03:00-da start verilib.
Qarşılaşma Kanadanın Toronto şəhərində keçirilib.
Oyuna Panama daha fəal başlasa da, amerikalıların ardıcıl hücumları nəticəsiz qalıb. İlk hissə qolsuz bitib: 0:0.
Fasilədən sonra daha bərabər səviyyəli oyun gedib. İkinci hissədə də ələ düşən imkanları boşa verən komandalar son dəqiqələrə 0:0 bərabərliklə giriblər.
Hər kəsin matçın bərabərliklə bitəcəyini düşündüyü anda meydana Kaleb Yirenkyi çıxıb. Oyunun 90+5-ci dəqiqəsində topu qapıdan keçirən qanalı futbolçu komandasına 3 xal qazandırıb: 1:0.
DÇ-2026 L qrupu 18 iyun 03:00. Qana – Panama 1:0
Qol: K. Yirenkyi, 90+5
Qana: Ati Zigi, Adjetey, Mensah, Opoku, Senaya, Yirenkyi, Semenyo, Owusu, Cordan Ayeu, Sulemana, Nuama.
Panama: Moskera, Blekmən, Kordoba, Ramos, Harvi, Andrade, Murilyo, Martinez, Rodriqes, Barsenas, Uoterman.
DÇ-2026Mənbə: lent.az