Azərbaycanda 2025-ci il iyulun 1-dən etibarən yaxın qohumlar arasında nikahın bağlanmasına qadağa qoyulub. Ailə Məcəlləsinə edilən dəyişikliklərə əsasən, artıq əmi, dayı, bibi və xala uşaqları arasında nikaha yol verilmir.
Məhz bu dəyişikliklər fonunda maraqlı bir hüquqi sual ortaya çıxır: əgər yaxın qohum olan şəxslər qohum nikahının qadağan edilmədiyi xarici ölkədə nikah bağlayarlarsa, bu nikah Azərbaycanda tanına bilərmi? Başqa sözlə, xarici dövlətdə qanuni şəkildə rəsmiləşdirilmiş belə bir nikah Azərbaycan qanunvericiliyinə əsasən etibarlı hesab olunur, yoxsa ölkədə qüvvədə olan qadağa bu hallara da şamil edilir?
Lent.az APA TV-nin bu mövzuda hazırladığı videomaterialı təqdim edir:
videoxəbərlər APA TV
Mənbə: lent.az