IMG-LOGO

TƏBİB-in rəhbəri özünə yeni müşavir təyin etdi

18 Jun 2026 12:15 2 baxış
IMG
0 0

TƏBİB-in İcraçı direktoruna müşavir təyin olunub.

Bu barədə Lent.az-a TƏBİB-dən məlumat verilib. 

Bildirilib ki, yeni müşavir tibb üzrə fəlsəfə doktoru Rəna Məmmədova hazırkı təyinatınadək “Paşa Sığorta” ASC-nin Baş tibb inzibatçısı olaraq fəaliyyət göstərib.

R.Məmmədova Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində həkim-onkoloq ixtisası üzrə təhsilini başa vurub. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə ikinci təhsil alıb.

TƏBİB Təyinat

Mənbə: lent.az

Xəbər lenti