IMG-LOGO

Brejnevin nəticəsi Ukrayna ordusuna əsir düşdü

18 Jun 2026 11:47 2 baxış
IMG
3 0

SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş baş katibi Leonid Brejnevin nəticəsi Ukraynada əsir düşüb.

Lent.az Rusiya telegram kanallarına istinadla bildirir ki, Anton Milayev SSRİ KP MK-nın baş katibi Leonid Brejnevin qızı Qalina Brejnevanın övladlığa götürdüyü nəvəsidir. Qalina Brejneva onu doğma nəvəsi kimi böyüdüb.

Məlumata görə, 45 yaşlı Anton Milayev ötən ilin payızında istehkamçı kimi müharibəyə yollanıb və artıq noyabr ayından etibarən yaxınları ilə əlaqəsi kəsilib.

Onun anası İrina Kuznetsova bildirib ki, bir neçə ay sonra oğlunun Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan Xerson vilayəti ərazisində əsir saxlanıldığı barədə xəbər alıblar.

Rusiya-Ukrayna müharibəsi Brejnev SSRİ müharibə

Mənbə: lent.az

Xəbər lenti