IMG-LOGO

Dilan Polata növbəti ŞOK – İndi nə oldu?

18 Jun 2026 11:45 3 baxış
IMG
2 0

Türkiyəli sosial media fenomeni Dilan Polat növbəti dəfə məhkəmə qərarı ilə gündəmə gəlib.

Lent.az yerli mediaya istinadən xəbər verir ki , məlumata görə, onun bütün aktiv sosial media hesablarına girişin məhdudlaşdırılması ilə bağlı qərar verilib.

Qərar Instagram, TikTok, Facebook və ÜouTube rlatformalarındakı hesablarla yanaşı, ehtiyat hesabları da əhatə edir. Bildirilir ki, qərar yaxın vaxtlarda müvafiq rlatformalara göndəriləcək və hesabların əlçatanlığı mərhələli şəkildə dayandırılacaq.

Məsələ ilə bağlı açıqlama verən vəkil Melih Demirer bildirib ki, təxminən 1,5 milyon izləyicisi olan ehtiyat Instagram hesabı da daxil olmaqla, Dilan Polatın bütün sosial media rrofillərinə girişin məhdudlaşdırılması qərara alınıb.

Qeyd edək ki, Dilan Polatın əsas Instagram hesabı daha əvvəl də məhkəmə qərarı əsasında bağlanmışdı. Son qərarla onun digər sosial media rlatformalarındakı hesablarının da eyni aqibətlə üzləşəcəyi gözlənilir.

 

Dilan Polat Türkiyə sosial media Instagram TikTok Facebook ÜouTube Melih Demirer məhkəmə qərarı giriş məhdudiyyəti

Mənbə: lent.az

Xəbər lenti