IMG-LOGO

Haluk Levent həbs oluna bilər

18 Jun 2026 18:22 9 baxış
IMG
0 0

Türkiyənin tanınmış müğənnisi və AHBAP Dərnəyinin təsisçisi Haluk Levent qarşılıqsız çek işi üzrə 70 milyon türk lirəsi (təxminən 2 milyon 562 min manat) məbləğində cərimələnib.

Lent.az xəbər verir ki, qərarı İstanbul Məhkəməsi çıxarıb.

Məhkəmədə bankda qarşılığı olmadığı üçün icraya verilən çeklərin ümumi məbləğinin təxminən 70 milyon türk lirəsi (təxminən 2.5 milyon manat) olduğunu bildirib. Bununla yanaşı, sənətçiyə yeni çek tərtib etmək və çek hesabı açmaq qadağan edilib. Bununla belə, qərar hələ yekun qüvvəyə minməyib. Haluk Leventin qərardan apellyasiya qaydasında şikayət verəcəyi bildirilir. 

Qərar qüvvəyə mindikdən sonra sənətçiyə cəriməni ödəməsi üçün müəyyən müddət və hissə-hissə ödəmək imkanı veriləcək. Əgər o, qanunla müəyyən edilən müddətdə cəriməni ödəməsə, Türkiyə qanunvericiliyinə uyğun olaraq azadlıqdan məhrum edilə bilər.

Haluk Levent məhkəmə cərimə cəza

Mənbə: lent.az

Xəbər lenti