IMG-LOGO

DÇ-2026: Braziliya 3 xalı 3 qolla qazandı

20 Jun 2026 06:34 6 baxış
IMG
2 0

2026-cı il dünya çempionatında C qrupunun II turunun oyunlarına start verilib.

Lent.az xəbər verir ki, Braziliya millisi Haiti ilə qarşılaşıb.

Görüş bu gün Bakı vaxtı ilə saat 04:30-da başlayıb.

Oyunun taleyi ilk hissədə həll olub. Braziliya Kunyanın dublu və Vinisiusun bir qoluyla birinci hissəni 3:0 öndə tamamlayıb.

Oyun elə bu hesabla da başa çatıb.

Qeyd edək ki, C qrupunun digər oyununda Mərakeş Şotlandiyanı məğlub edib: 1:0.

Dünya çempionatı C qrupu, II tur 20 iyun 04:30. Braziliya - Haiti 3:0

Qol: Kunya, 23, 36, Vinisius, 45+3

Braziliya: Alisson, Danilo, Qabriel, Markinyos, Duqlas Santos, Kazemiro, Bruno Gimarayes, Paketa, Rafinya, Vinisius Junior, Mateus Kunya

Haiti: Plasid, Arkus, Ade, Delkrua, Eksperiens, Düvern, Belleqard, Jan Jak, Providens, Pyerro, Kazimir

DÇ-2026

Mənbə: lent.az

Xəbər lenti