Abşeronda motosiklet azyaşlını vuraraq öldürüb.
Lent.az-ın xəbərinə görə, hadisə Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksinin qarşısındakı küçədə qeydə alınıb.
19 yaşlı Babaşov Fuad Azad oğlu idarə etdiyi “MİNSK D D4” markalı motosikletlə 4 yaşlı Bağırov Atilla Rafail oğlunu əks hərəkət zolağında vurub. Nəticədə uşaq xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı cinayət işi başlanıb.
Hadisələr yol qəzası piyadaMənbə: lent.az