IMG-LOGO

Ömrü 10 il uzadan idman növləri

20 Jun 2026 12:24 3 baxış
IMG
0 0

Travmatoloq-ortoped Aleksey Repetyuk fiziki aktivliyin ömrü uzatmağa necə kömək etdiyini izah edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, həkimin sözlərinə görə, əsas qayda müxtəlif fiziki yüklənmələri birləşdirmək və məşqləri müntəzəm etməkdir. Hətta orta intensivlikdə olsa belə, hər gün idmanla məşğul olmaq uzunömürlülüyə əhəmiyyətli təsir göstərə bilər.

Mütəxəssis bildirib ki, gündə ən azı 30 dəqiqə fiziki aktivlik ömrü orta hesabla 2,8 il uzadır. Bunun üçün kardio, güc və elastiklik məşqlərini birlikdə yerinə yetirmək vacibdir. Belə yanaşma orqanizmi hərtərəfli inkişaf etdirir və yaşlanma ilə əlaqəli xəstəliklərin riskini azaldır.

Repetyukun sözlərinə görə, ömrü uzatmaq baxımından ən faydalı idman növləri oyun və komanda idmanlarıdır. Siyahıya tennis başçılıq edir. Həkim bildirir ki, tennislə məşğul olmaq ömrü 10 ilə qədər uzada bilər.

Badminton ömrə təxminən 6 il, velosiped sürmək 4 il, üzgüçülük və qaçış isə orta hesabla 3 il əlavə edə bilər.

Həkimin fikrincə, seçilən fiziki fəaliyyət növü onun uzunömürlülüyə təsirini birbaşa müəyyənləşdirir. Müntəzəm idman və müxtəlif məşqlərin düzgün kombinasiyası sağlamlığı möhkəmləndirməklə yanaşı, ömür müddətini də əhəmiyyətli dərəcədə artıra bilər.

sosial xəbərlər maraq maraqlı xəbərlər sağlıq xəbərləri idman

Mənbə: lent.az

Xəbər lenti