İsti və açıq havada daha çox vaxt keçirmək yay aylarında ən çox rast gəlinən problemlərdən biri – xoşagəlməz bədən qoxusuna səbəb ola bilər. Əslində tərin özü qoxusuz olur. Lakin o, dəridə bakteriya və göbələklərin çoxalması üçün əlverişli rütubətli mühit yaradır. Məhz bu mikroorqanizmlər təri parçalayaraq xoşagəlməz qoxunun yaranmasına səbəb olur.
Lent.az bu üsulları təqdim edir:
Əgər adi duş qəbul etmək və dezodorant istifadə etmək artıq istədiyiniz nəticəni vermirsə, şəxsi gigiyena qaydalarınıza bəzi dəyişikliklər etməyin vaxtı çatmış ola bilər.
Antibakterial sabundan istifadə edin
Mütəxəssislərin sözlərinə görə, bədən qoxusunun əsas səbəbi tər deyil, dərinin üzərində yaşayan bakteriyalardır. Antibakterial sabun bu bakteriyaların sayını azaltmağa kömək edir və beləliklə, xoşagəlməz qoxunun yaranmasının qarşısını alır. Digər seçim isə dərinin təbii pH balansını qoruyan yumşaq duş gelindən istifadə etməkdir. Aşağı pH səviyyəsinə malik məhsullar qoxuya səbəb olan bakteriyaların çoxalmasını ləngidir və hər duşdan sonra 24 saata qədər qoruyucu təsir göstərə bilər.
Qoltuqaltı qoxusunu necə azaltmaq olar?
Dərinin ölü hüceyrələri bakteriyalar üçün əlverişli mühit yaradır. Qoltuqaltını qlikol turşusu tərkibli disklərlə silmək ölü hüceyrələrin təmizlənməsinə kömək edir. Bu, həm qoxunun azalmasına, həm də çox tərləyən nahiyələrdə yaranan hiperpiqmentasiyanın qarşısının alınmasına kömək edə bilər. Mütəxəssislər bildirirlər ki, qoltuqaltındakı tüklərin qırxılması da tərləmə və qoxu riskini müəyyən qədər azalda bilər. Onlar dezodorantı səhər deyil, yatmazdan əvvəl çəkməyi də tövsiyə edirlər. Bu üsul xüsusilə gecələr çox tərləyən insanlar üçün daha effektiv hesab olunur.
Ayaq qoxusundan necə qurtulmaq olar?
Ayaq vannası yalnız yorğunluğu aradan qaldırmır, həm də xoşagəlməz qoxuya qarşı təsir göstərə bilər. Bunun üçün vannaya dəmlənmiş qara çay əlavə etmək məsləhət görülür. Araşdırmalar göstərir ki, qara çayın tərkibindəki taninlər bakteriyalara qarşı təsir göstərərək qoxunun azalmasına kömək edir. İki-dörd paket qara çayı yarım litr suda dəmləyin, soyuduqdan sonra ayaq vannasına əlavə edin və ayaqlarınızı bir müddət həmin suda saxlayın.
Sosial bədən qoxusu tərləmə yayMənbə: lent.az