IMG-LOGO

Biznesmen 18 milyonluq alma oğurladı

20 Jun 2026 13:00 4 baxış
IMG
2 0

Rusiyanın Krasnodar diyarında bir iş adamı sahibkarı aldadaraq 18 milyon rubldan (təxminən 417 min 384 manat) çox dəyərində 275 ton alma mənimsəməkdə şübhəli bilinir.

Lent.az yerli mediaya istinadla bildirir ki, 43 yaşlı biznesmen sahibkarla almanın hər kiloqramını 67 rubldan almaq barədə razılığa gəlib. Bir neçə gün ərzində o, ümumilikdə 810 konteyner alma yüklənmiş 16 yük avtomobilini qəbul edib. Məhsulun ümumi dəyəri təxminən 18,3 milyon rubl olub.

Bildirilir ki, iş adamı qısa müddətdə aldığı almaların hamısını satıb. Lakin əldə etdiyi vəsaiti tədarükçüyə ödəməyib.

Bundan əlavə, boşalmış 810 konteynerdən cəmi 502-ni geri qaytarıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisələr dünyadan xəbərlər alma biznesmen oğurluq Rusiya

Mənbə: lent.az

Xəbər lenti