IMG-LOGO

Futbol tarixində İLK: ağzını bağlayan oyunçu meydandan QOVULDU

20 Jun 2026 15:23 5 baxış
IMG
0 0

Paraqvay millisinin futbolçusu Migel Almiron dünya futbolu tarixində mübahisə zamanı əlini ağzına tutduğu üçün qırmızı vərəqə alan ilk oyunçu olub.

Lent.az xəbər verir ki, hadisə 2026-cı il dünya çempionatının qrup mərhələsinin ikinci turunda Türkiyə millisinə qarşı keçirilən oyunda qeydə alınıb.

Birinci hissənin sonlarında paraqvaylı İsidro Pittanın yerə yıxılmasından sonra futbolçular arasında mübahisə yaranıb. Almiron Türkiyə millisinin müdafiəçisi Mert Müldürə yaxınlaşaraq əlini ağzına tutmuş vəziyyətdə ona nəsə deyib. Hakim məsləhətləşmədən sonra futbolçuya birbaşa qırmızı vərəqə göstərib.

Dünya çempionatı başlamazdan əvvəl FIFA yeni qaydalar tətbiq edib. Yeni qaydalara əsasən, futbolçunun danışarkən əlini, çiynini və ya formasını ağzına tutaraq söhbəti kameralardan gizlətməyə çalışması birbaşa qırmızı vərəqə ilə cəzalandırıla bilər.

Birinci hissənin sonuna doğru Paraqvay millisi 1:0 hesabı ilə öndə olub.

İdman xəbərləri Dünya Çempionatı futbol

Mənbə: lent.az

Xəbər lenti