IMG-LOGO

Yevlaxda gənc oğlan kanalda batdı

20 Jun 2026 15:07 6 baxış
IMG
0 0

Yevlax rayonunda bir nəfərin suda batdığı ehtimal edilir.

Lent.az APA-ya istinadla xəbər verir ki, Yevlax rayonunun Qoyunbinəsi kənd sakini, 26 yaşlı Mahir Oruc oğlu Nadirovun iyunun 17-də Yuxarı Qarabağ kanalının Malbinəsi kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunur.

Hadisə ilə bağlı məlumat daxil olduqdan sonra əraziyə müvafiq xilasetmə qüvvələri cəlb edilib. Hazırda nəzarətsiz ərazidə axtarış tədbirləri davam etdirilir.

Axtarışlara şəxsi heyət, texnikalar cəlb olunub. Əməliyyat davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Hadisələr suda boğulmaq

Mənbə: lent.az

Xəbər lenti