IMG-LOGO

Zaqatalada hovuzu təmir edən kişi yandı

20 Jun 2026 15:59 6 baxış
IMG
2 0

Zaqatalada su hovuzunu təmir edən 32 yaşlı kişi ağır yanıq xəsarəti alıb.

Lent.az APA-ya istinadla bildirir ki, hadisə bu gün səhər saatlarında rayonun Aşağı Tala kəndində baş verib.

32 yaşlı Taleh İdrisov yaşadığı ünvanda su hovuzunda təmir işləri aparan zaman təbii qazdan istifadə edib. Təbii qazla ehtiyatsız davranan Taleh İdrisov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb, lazımi tibbi yardım göstərilib, ona gövdənin 3-ü dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub.

Taleh İdrisovun vəziyyəti nəzərə alınaraq müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birini göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Hadisələr Zaqatala

Mənbə: lent.az

Xəbər lenti