IMG-LOGO

Tovuzda iki avtomobil toqquşdu-FOTO

21 Jun 2026 17:19 27 baxış
IMG
0 0

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə Tovuz şəhərində Fariz Ələkbərov və Elməddin Nəsibov küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Chevrolet" və "Opel" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirindən "Chevrolet" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb.

Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə və işıq təsərrüfatına ciddi ziyan dəyib.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb edilib.

 

Fuad Nazimoğlu

Faktla bağlı araşdırma aparılır.

Tovuz qəza

Mənbə: lent.az

Xəbər lenti