IMG-LOGO

DÇ-2026: Misirdən geridönüş: 3 xal 3 qolla gəldi

22 Jun 2026 07:05 4 baxış
IMG
0 0

2026-cı il dünya çempionatında G qrupunun II turuna yekun vurulub.

Apasport.az xəbər verir ki, turun son oyununda Yeni Zelandiya millisi Misirlə üz-üzə gəlib. 

Görüş Bakı vaxtı ilə saat 04:00-da start götürüb.

15-ci dəqiqədə Yeni Zelandiya hesabı açıb. Surmanın qolu ilk hissənin hesabını müəyyənləşdirib: 1:0.

İkinci hissədə Misir geridönüş etməyi bacarıb. Sırasıyla Ziko, Salah, Trezege fərqlənib. Görüş Afrika təmsilçisinin qələbəsiylə başa çatıb: 3:1

G qrupunun digər oyununda Belçika və İran milliləri qolsuz heç-heçə ediblər.

DÇ-2026 G qrupu, II tur 22 iyun

04:00. Yeni Zelandiya - Misir 1:3

Yeni Zelandiya: Krokomb, Peyn, Surman, Boksall, Kakase, Bell, Stameniç, Makkovat, Sinqh, Cast, Vud

Misir: Şobeir, Hani, İbrahim, Fathi, Fatuh, Attia, Laşin, Aşur, Zizo, Salah, Marmuş

DÇ-2026

Mənbə: lent.az

Xəbər lenti