IMG-LOGO

İlon Maskdan təklif: Pulları birbaşa vətəndaşlara verin

22 Jun 2026 03:25 4 baxış
IMG
2 0

Amerikalı iş adamı və tarixin ilk trilyonçusu İlon Mask ABŞ hökumətinə vəsaitin birbaşa dövlət xəzinəsindən vətəndaşlara ödənilməsini təklif edib. O həmçinin bildirib ki, süni intellekt və robototexnikanın inkişafı inflyasiyanın qarşısının alınmasına kömək edə bilər.

Lent.az xəbər verir ki, Mask bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Pulları insanlara birbaşa dövlət xəzinəsindən göndərmək daha yaxşıdır. Mal və xidmətlərin istehsalındakı artım pul kütləsinin artımını üstələdiyi müddətdə - süni intellekt və robotların inkişafı ilə məhz bu baş verəcək - inflyasiya olmayacaq. Ümumilikdə isə mən hesab edirəm ki, gələcəkdə biz inflyasiya ilə deyil, deflyasiya ilə ciddi mübarizə aparmalı olacağıq", - deyə Mask qeyd edib.

O bu fikirləri ABŞ-nin vitse-prezidenti Cey. Di. Vensin Ağ Evin ölkənin süni intellekt sahəsində fəaliyyət göstərən iri şirkətlərinə nəzarəti gücləndirmək planları ilə bağlı açıqlamasına münasibət bildirərkən səsləndirib.

İlon Mask

Mənbə: lent.az

Xəbər lenti