İsmayıllıda ölümlə nəticələnən yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə İvanovka-Qalagah-Göyçay yolunda qeydə alınıb.
44 yaşlı İsmayıl Mahmudovun idarə etdiyi "Ford" markalı avtomobillə 57 yaşlı Elxan Nağıyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobil toqquşub. Nəticədə "VAZ-2106"nın sərnişini Yeganə Salmanova hadisə yerində ölüb. Sürücü və sərnişinləri - İlham Salmanovla Şahmalı Salmanov xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanıb.
Hadisələr yol qəzasıMənbə: lent.az