Dalğıc-xilasedicilər tərəfindən aparılan axtarışlar nəticəsində 1991-ci il təvəllüdlü Əzimov Namiq İsabala oğlunun və 2005-ci il təvəllüdlü Əbdülov Elnur İsa oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Digər vətəndaşlar - 2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun və 2007-ci il təvəllüdlü Əbdülov Elmar İsa oğlunun axtarışları davam etdirilir.
Dənizdə batan 2005-ci il təvəllüdlü Əbdülov Elnur İsa oğlu və 2007-ci il təvəllüdlü Əbdülov Elmar İsa oğlu qardaşlardır.
***
saat 15:12
Xəzərdə 4 nəfər batıb.
Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən xəbər verilib.
Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 3 kilometr aralı, dənizdə nəzarətsiz ərazidə 4 nəfərin batması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub.
Hazırda dalğıc-xilasedicilər vətəndaşların batdığı ehtimal olunan istiqamətlər üzrə axtarışlar aparır.
Əlavə məlumat veriləcək.
Hadisələr dənizdə batdıMənbə: lent.az