Məşhur ingilis Liam Peynin ölümündən sonra təxminən 28 milyon dollar dəyərində qiymətləndirilən sərvətinin kimə qalacağı məlum olub.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, vaxtilə "One Direction" qrupunun üzvü olan Liam Peynin təxminən 21 milyon funt-sterlinq (28 milyon ABŞ dolları) dəyərində sərvəti yeganə övladı - 8 yaşlı oğlu Bear Qrey Peynə miras qalacaq. Məhkəmənin qərarına əsasən, mirasın bir hissəsi oğlunun təhsil və gündəlik yaşayış xərclərinin ödənilməsinə sərf ediləcək. Qalan vəsait isə o, 18 yaşına çatana qədər xüsusi etibar fondunda saxlanılacaq.
Qeyd edək ki, uşağın anası məşhur müğənni Şeril Tvididir.
Daha əvvəl Peynin keçmiş sevgilisi Keyt Kassidinin də mirasa iddia edə biləcəyi barədə xəbərlər yayılmışdı.
müğənni varis
Mənbə: lent.az