IMG-LOGO

Messidən şou, Argentinadan qələbə

22 Jun 2026 23:18 15 baxış
IMG
0 0

2026-cı il dünya çempionatında J qrupunun II turunun oyunları keçirilir. 

Apasport.az xəbər verir ki, turun mərkəzi görüşündə Argentina millisi Avstriya ilə qarşılaşıb.

Matç Bakı vaxtı ilə saat 21:00-da başlayıb. 

Oyunun 9-cu dəqiqəsində hakim Avstriyanın qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Topun arxasına keçən Lionel Messi penaltidən dəqiq yararlana bilməyib. Buna baxmayaraq ulduz futbolçu ilk hissənin sonlarında fərqlənib. Messi 40-cı dəqiqədə hesabı 1:0 edən qolu vurub. 

Cənubi amerikalılar 90+5-ci dəqiqədə daha bir qol vurub. Səhnəyə yenə Leo Messi çıxıb. 

Görüş bu hesabla başa çatıb: 2:0

İlk turda Əlcəzairi 3:0 məğlub edən Argentina xallarının sayını 6-ya çatdırıb. Daha əvvəl İordaniyanı 3:1 hesabı ilə üstələyən Avstriya isə bu nəticədən sonra 3 xalda qalıb. 

Qeyd edək ki, J qrupunun digər oyununda İordaniya Əlcəzairlə üz-üzə gələcək.

Dünya çempionatı J qrupu, II tur 22 iyun 21:00. Argentina – Avstriya 2:0

Qol: L. Messi, 40, 90+5

Uğursuz penalti: L. Messi, 9

Argentina Messi

Mənbə: lent.az

Xəbər lenti