IMG-LOGO

Kəşfiyyatdan süni intellek xəbərdarlığı: Hazır olun

23 Jun 2026 07:05 11 baxış
IMG
1 0

ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiyanın daxil olduğu “Beş Göz” (Five Eyes) kəşfiyyat alyansı yaxın aylarda hökumətlərə və şirkətlərə qarşı dağıdıcı kiberhücumlar həyata keçirə bilən süni intellekt modellərinin meydana çıxa biləcəyi barədə xəbərdarlıq edib.

Lent.az xəbər verir ki, bəyanatda qeyd olunduğuna görə, yeni nəsil AI sistemləri kibertəhlükəsizlik sahəsində həm müdafiə, həm də hücum imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Alyans hökumətləri və biznesləri bu risklərə hazır olmağa çağırıb.

Bu arada, süni intellekt şirkəti “Anthropic” də AI-nin gələcəkdə özünü təkmilləşdirmə mərhələsinə çata biləcəyini və bunun insan nəzarətinin zəifləməsi riskini artırdığını bildirib.

Şirkət zərurət yaranacağı təqdirdə qabaqcıl AI sistemlərinin inkişafının müvəqqəti dayandırılması mexanizminin yaradılmasını təklif edib.

 

süni intellekt kəşfiyyat

Mənbə: lent.az

Xəbər lenti