Rusiyanın Kurqan şəhərində Trans-Ural azərbaycanlılarının tanınmış ictimai xadimi, Trans-Ural azərbaycanlıları Birliyinin keçmiş sədri Ərşad Cuvarlinski 70 yaşında vəfat edib.
Lent.az xəbər verir ki, yaxınlarının sözlərinə görə, Ərşad Cuvarlinski uzun sürən xəstəlikdən sonra iyunun 20-də dünyasını dəyişib.
Vida mərasiminin nə vaxt və harada keçiriləcəyi hələlik açıqlanmayıb.
Qeyd edək ki, o, 2003–2007-ci illərdə "Araz" Azərbaycan Mədəniyyət Mərkəzinə rəhbərlik edib. Daha sonra Ümumrusiya Azərbaycan Konqresinin regional bölməsinin sədri vəzifəsini icra edib.
Mərhum həmçinin 2002–2024-cü illər ərzində, ümumilikdə 22 il Trans-Uraldakı Azərbaycan diasporuna rəhbərlik edib.
Hadisələr azərbaycanlı Rusiya diasporMənbə: lent.az