IMG-LOGO

Tanınmış avtoritet iki insanı yandırıb öldürdü HƏBS OLUNMADI – Hamı ŞOKDA

23 Jun 2026 13:53 5 baxış
IMG
0 0

Rusiyanın Samara vilayətində kriminal aləmdə "Qonza" ləqəbi ilə tanınan Vitali Martirosovun iki nəfərin ölümü ilə nəticələnən cinayət işi üzrə həbsdən yayındığı iddia olunur.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Samara vilayətindən Ukraynadakı müharibədə iştirak etmiş şəxslər Rusiyanın İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə, baş prokuror Aleksandr Qutsana, Ali Məhkəmənin sədri Aleksandr Krasnova və Rusiya İctimai Palatasının katibi Lidiya Mixeyevaya müraciət ünvanlayıblar.

Müraciətdə bildirilir ki, "Sirotinski" mütəşəkkil cinayətkar qrupunun üzvü hesab olunan Vitali Martirosov məhkəmə zamanı Ukraynadakı müharibədə iştirakını təsdiqləyən medalların fotolarını təqdim edib və cəbhədə döyüşçülərə yardım göstərdiyini bildirib. Medallar isə saxta olub. İddialara görə, bundan sonra ona qarşı irəli sürülən ittihamın ağırlığı azaldılıb və nəticədə şərti cəza alıb.

Bildirilir ki, 2025-ci ilin martında Martirosov Samaradakı "Angel" adlı ritual xidmət salonunun yandırılması nəticəsində iki nəfərin qətlə yetirilməsi işi üzrə təqsirləndirilirdi. Müraciət müəlliflərinin iddiasına görə, istintaq zamanı aparılan prosessual dəyişikliklər nəticəsində əvvəllər ikiqat qətlin təşkilatçısı kimi göstərilən Martirosov sonradan faktiki olaraq şahid statusuna yaxın mövqeyə gətirilib və ona qarşı daha yüngül hüquqi qiymətləndirmə tətbiq olunub. İddialarda qeyd olunur ki, bu prosesdə müstəntiq İrina Sorokina və hakim Yuliya Mironovanın qəbul etdiyi qərarlar mühüm rol oynayıb.

Bundan əlavə, diqqətə çatdırılıb ki, "Sirotinski" cinayətkar qrupunun əsas fiqurlarından sayılan və qrupun güc əməliyyatlarına cavabdeh olduğu bildirilən Martirosovun işi mütəşəkkil cinayət birliyinin yaradılması ilə bağlı Rusiya Cinayət Məcəlləsinin 210-cu maddəsi üzrə açılmış əsas cinayət işindən ayrı şəkildə məhkəməyə göndərilib.

Hazırda müraciət müəllifləri işin yenidən araşdırılmasını və qərarın hüquqi qiymət almasını tələb edirlər.

 

 

Rusiya Samara Vitali Martirosov Qonza kriminal aləm ikiqat qətl Sirotinski OPG Aleksandr Bastrıkin məhkəmə istintaq

Mənbə: lent.az

Xəbər lenti