IMG-LOGO

"Mançester Siti" tarixinin ən böyük transferini gerçəkləşdirməyə yaxındır

23 Jun 2026 19:20 6 baxış
IMG
0 0

"Mançester Siti" "Nottinqem Forest"in yarımmüdafiəçisi Elliot Anderson üçün üçüncü təklif hazırlayır.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, "şəhərlilər" tezliklə "Nottinqem Foresters"ə 135-140 milyon avro dəyərində yeni bir təklif təqdim edəcək. Əvvəlki 123 milyon avro və müxtəlif bonuslar təklifi rədd edilib.

Məlumata görə, "Mançester Siti" artıq Andersonla 2031-ci ilin yayına qədər davam edəcək beş illik müqavilə imzalayıb.

Andersonun transferinin klubun bütün zamanların rekordu olacağı gözlənilir. Hazırda rekord 2021-ci ilin yayında 117,5 milyon avroya "Aston Villa"dan transfer olunan yarımmüdafiəçi Cek Qrilişə məxsusdur.

Anderson “Nyukasl”ın gənclər akademiyasının yetirməsidir. 2024-cü ilin yayında o, 41,2 milyon avroya “Nottinqem Forest”ə keçib. İki il ərzində Anderson komandada 92 oyunda iştirak edib, altı qol vurub və 11 məhsuldar ötürmə edib. 

Transfermarkt onun bazar dəyərini 75 milyon avro olaraq qiymətləndirir.

Ötən ilin sentyabr ayında Anderson İngiltərə millisində debüt edib və komanda ilə birlikdə 2026-cı il Dünya çempionatına gedib. Xorvatiya üzərində 4:2 hesablı qələbə qazanılan oyunda 23 yaşlı yarımmüdafiəçi məhsuldar ötürmə edib və bu, onun milli komandadakı ilk uğuru olub. Anderson artıq millidə 10 oyunda iştirak edib.

Anderson mərkəz yarımmüdafiəçisi kimi oynayır, eyni zamanda müdafiə və ya hücum yarımmüdafiəçisi kimi də oynaya bilir.

İdman xəbərləri

Mənbə: lent.az

Xəbər lenti