IMG-LOGO

DÇ-2026: Qana İngiltərədən 1 xalı qopardı

24 Jun 2026 02:05 5 baxış
IMG
0 0

2026-cı il dünya çempionatında L qrupunun II turunun oyunlarına start verilib.

Lent.az xəbər verir ki, İngiltərə millisi Qana yığması ilə üz-üzə gəlib.

Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayıb. Matç qolsuz bərabərliklə başa çatıb və komandalar hərəyə 1 xalla kifayətləniblər.

Qeyd edək ki, hər iki komanda mundiala qələbə ilə start verib. İngiltərə ilk turda Xorvatiyanı 4:2 hesabı ilə məğlub edib. Qana isə Panamadan üstün olmağı bacarıb - 1:0.

Dünya çempionatı L qrupu, II tur 24 iyun 00:00. İngiltərə – Qana 0:0

İngiltərə: Pikford, Ceyms, Guehi, Konsa, Spens, Anderson, Rays, Bellinqem, Madueke, Qordon, Keyn

Qana: Asare, Senaya, Adjetey, Opoku, Mensah, Partey, Yirenki, Sibo, Uilyams, Semenyo, Ayyu

DÇ-2026

Mənbə: lent.az

Xəbər lenti