Türk kinosunun əfsanəvi simalarından olan Nebahat Çehre Almaniyadan etdiyi son paylaşımı ilə sosial şəbəkələrdə gündəm olub.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, 82 yaşlı aktrisa zərif tərzi və enerjili görünüşü ilə bir daha pərəstişkarlarının rəğbətini qazanıb.
"Aşkı Memnu" serialındakı "Firdevs Yöreoğlu" obrazı ilə yaddaşlarda iz qoyan Çehrə uzun illərdir şöhrətini güclü duruşu və dəyişməyən üslubu ilə qoruyub saxlayır. Nebahat Çehrə son paylaşımında kamera qarşısına keçərək sadə və zövqlü geyim tərzi ilə diqqət çəkib. Onun təbii gözəlliyi və formada qalan görünüşü qısa müddətdə sosial şəbəkə istifadəçilərinin böyük marağına səbəb olub.
İzləyicilərin şərhlərində isə bir fikir xüsusilə ön plana çıxıb: “İllər ona heç təsir etmir”.
1960-cı illərdən bəri kino və televiziya sahəsində çoxsaylı layihələrdə rol alan sənətçi, "Muhteşem Yüzyıl" serialındakı performansı ilə də geniş tamaşaçı auditoriyasının sevgisini qazanıb.
Aşk-ı Memnu serial

Mənbə: lent.az